Britaniya hökuməti qışda elektrik enerjisinin kəsilməsini istisna etməyib

9 Oktyabr 2022 21:49

Lankaster Hersoqluğunun kansleri Nadim Zahavi bildirib ki, Böyük Britaniya sakinləri cari böhran səbəbindən bu qış mümkün elektrik kəsilməsi ilə üzləşə bilərlər.

Milli.Az "Report"a istinadən bildirir ki, indi elektrik enerjisinin kəsilməsi ilə bağlı ssenari mümkünsüz kimi qiymətləndirilir:

"Bu, çox az ehtimaldır, lakin hər hansı bir ssenariyə hazırlaşmalıyıq. Amma demək istəyirəm ki, bizim ehtiyatlarımız var. Əminəm ki, Milad gələndə və havalar soyuq olanda biz sabit mövqedə olacağıq".

Milli.Az