Şəkidə dağlıq ərazidə yanğın olub

9 Oktyabr 2022 20:31

Şəki şəhərinin Şirinbulaq kəndi yaxınlığında dağlıq ərazidə 12 ha sahədə quru ot və kol-kos yanıb.

Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az