Bakıda zəncirvari qəza olub: tıxac yaranıb - FOTO

8 Oktyabr 2022 22:04

Bakıda baş verən zəncirvari yol qəzası nəqliyyatın hərəkətində tıxac yaradıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bir neçə dəqiqə bundan əvvəl Heydər Əliyev prospektində üç - "Chevrolet" və 2 ədəd "Kia" markalı avtomobillər toqquşub.

Məlumata görə, "Kia" markalı avtomobillərdən birinin sürücüsü xəsarət alıb.

Milli.Az