Suşidən zəhərlənən tələbələrin durumu qənaətbəxşdir

8 Oktyabr 2022 21:25

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin qidadan zəhərlənən 4 tələbəsinin durumu qənaətbəxşdir.

Bu barədə BDU-dan bildirilib.

Qeyd edilir ki, tələbələrin yedikləri qidadan sonra mədələrində narahatlıq yaranıb. Universitet və fakültə rəhbərliyi məsələni diqqətdə saxlayır

Milli.Az