Azərbaycan millisinin qapıçısı zədələnib

8 Oktyabr 2022 20:46

Azərbaycan millisinin və "Səbail"in qapıçısı Emil Balayev zədələnib.

28 yaşlı qolkiper Bakıda "Sumqayıt"a qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının IX tur oyununda sıradan çıxıb.

Ayağından xəsarət alan Balayev 75-ci dəqiqədə Hüseynəli Quliyevlə əvəzlənib.

Qeyd edək ki, hazırda matçda ikinci hissə oynanılır və meydan sahibləri hesabda öndədir - 1:0.

Milli.Az