Səbaildə 48 yaşlı kişini avtomobil vurub

8 Oktyabr 2022 08:42

Bakının Səbail rayonunda 48 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.

Belə kı, 1974-cü il təvəllüdlü Əliyev Söhrab Rüstəm oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az