Beynəlxalq Valyuta Fondu Ukraynaya 1,3 milyard dollar ayırıb

7 Oktyabr 2022 23:41

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası Ukraynaya fövqəladə maliyyələşdirmə üçün 1,3 milyard dollar ayırmaq qərarına gəlib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski tviterdə yazıb.

"BVF-nin İcraiyyə Şurası indicə Ukraynaya Sürətli Maliyyələşdirmə Proqramı çərçivəsində təxminən 1,3 milyard dolların verilməsini dəstəkləyib. Pul bu gün Ukraynaya göndəriləcək", - dövlət başçısı tviterdə qeyd edib.

Milli.Az