Nalbandyan Azərbaycanın hərbi yola əl atacağından narahatlığını gizlətmir

12 May 2010 12:27
"Novosti-Armeniya" agentliyinin Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, o, "ölkəsinin Qarabağ probleminin sülh yolu ilə həlli cəhdlərini davam etdirəcəyini" söyləyib. Nalbandyan bu yolda Azərbaycanın "problemlər yaratdığını" da bildirib.
Erməni nazir xatırladıb ki, ötən ilin dekabrında ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilmiş bəyanatda güc tətbiqindən və güc tətbiqi ilə hədələmədən imtina problemin həllində əsas şərtlər kimi göstərilib: "Digər şərtlər kimi isə müqəddəratı təyinetmə və ərazi bütövlüyü prinsipləri qeyd olunub".

Nalbandyan bir daha iddia edib ki, Azərbaycan tərəfi "sənəddə göstərilən şərtlərin mahiyyətini dəyişməyə çalışır, hər imkanda güc tətbiqi ilə bağlı hədələr səsləndirir".

Milli.Az