Toğrul Nəsirlinin rütbəsi və vəzifəsi artırıldı

7 Oktyabr 2022 19:56

DİN Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşının eyni gündə həm rütbəsi, həm vəzifəsi artırılıb.

Milli.Az bildirir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Toğrul Nəsirli adıçəkilən idarənin İctimai Qurumlarla Əlaqə Şöbəsinin baş inspektoru təyin edilib.

Eyni zamanda nazirin digər əmri ilə, ona kapitan rütbəsi verilib.

Milli.Az