Morqa aparılan kişi sağ imiş

7 Oktyabr 2022 21:05

Qərbi Avstraliyada meyitxana patoloqoanatomu bir gün əvvəl öldüyü iddia edilən bir kişidə həyat əlamətləri tapıb.

Milli.Az bildirir ki, bu barədə "7 News" xəbər verir.

Avstraliyanın Pert şəhəri yaxınlığındakı xəstəxanada palliativ müalicədə olan 55 yaşlı Kevin Ridin ölümü sentyabrın 5-də elan edilib və elə həmin gün o, meyitxanaya aparılıb. Onun ölümü ilə bağlı arayış verilmədiyi qeyd olunub.

Bir gün sonra ölümün şahidi olmalı olan meyitxana işçisi Ridin xəstəxana paltarında təzə qan izləri tapıb. Patoloqoanatom mərhumun gözlərinin açıq olduğunu və bədəninin vəziyyətinin öldüyü elan edildikdən sonra olduğu vəziyyətdən fərqli olduğunu da qeyd edib.

Morq rəsmisi Ridin ölüm tarixi kimi sentyabrın 6-nı qeyd edib və hadisə ilə bağlı əyalət koroner idarəsinə məlumat verib. O qeyd edib ki, xəstəxana işçiləri ondan ölüm şəhadətnaməsindəki tarixi mərhumun morqa aparıldığı günə uyğun dəyişməsini istəyiblər.

Faktla bağlı araşdırma aparılır.

İrfan Vəliyev
Milli.Az