"Minimal sürəti 25 Mbit/san çatdırmaq planlaşdırılır"

7 Oktyabr 2022 16:08

2024-cü ilin sonunadək Azərbaycanda daha çox ev GPON (Gigabit Passive Optimal Network) texnologiyalı yüksək sürətli internetə qoşulacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov radiotezliklərin istifadəsi məsələləri ilə bağlı iclas zamanı deyib.

"2021-ci ilin sonunadək bu texnologiyalı yüksək sürətli internetə 370 min ev qoşulub. 2024-cü ilin sonunadək ölkənin bütün ev təsərrüfatlarını internetlə təmin etmək və minimal sürəti 25 Mbit/sainiyəyədək çatdırmaq planlaşdırılır", - deyə o bildirib.

Qeyd edək ki, GPON texnologiyası fiber-optik xətlər vasitəsilə təqdim edilir.

Milli.Az