Prezident İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfər edib - VİDEO - FOTO

7 Oktyabr 2022 12:46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün oktyabrın 7-də Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sankt-Peterburq şəhərinin Pulkovo-1 hava limanında dövlətimizin başçısı İlham Əliyevi Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşıladılar.

Milli.Az