Meşədə polis mayorunun meyiti tapıldı

7 Oktyabr 2022 19:24

Moskva vilayətində 47 yaşlı polis mayoru, Daxili İşlər Nazirliyinin paytaxtın Lyublino rayonu üzrə baş əməliyyat növbətçisi intihar edib.

Milli.Az bildirir ki, bu barədə Mk.ru xəbər verib.

Nəşrin məlumatına görə, oktyabrın 5-də günorta saatlarında Ramenski rayonunun Konstantinovo kəndi yaxınlığında meşədə hüquq-mühafizə orqanı əməkdaşının meyiti tapılıb. İlkin versiyaya görə, Daxili İşlər Nazirliyinin əməkdaşı intihar edib.

İrfan Vəliyev
Milli.Az