Henri Kavill Supermen roluna qayıdacaq

7 Oktyabr 2022 18:28

"Marvel" filmlərinin insayderləri sosial mediada aktyor Henri Kavilin Dueyn Consonun baş rolda oynadığı yeni "Qara Adam" filmində görünəcəyini bildiriblər. Mənbələrin məlumatına görə, "The Witcher"in ulduzu Supermen roluna qayıdacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Kavilin filmdə epizodik səhnədə görünəcəyi deyilir.

Filmin süjetinə görə, misirli kölə 5 min ildən sonra yenidən doğulur və super güc əldə edir. O, uça bilir, fövqəlbəşəri gücə malik olur və ildırımlara nəzarət edir.

Milli.Az