Hindistanda yüzlərlə insanın iştirak etdiyi dini festival faciə ilə bitib. Belə ki, çayın içində keçirilən ayin zamanı suyun səviyyəsi qəfil qalxıb və axın adamları aparıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, faciə Jalpayquri rayonunda "Durqaya" ilahəsinə ibadət tədbirində baş verib. Qəfil fəlakətlə üzləşən insanlar sahilə çıxmağa imkan tapmayıblar.
Son məlumatlara görə, azı səkkiz nəfər ölüb, 40-a yaxın insan itkin düşüb.
Ölənlər arasında səkkiz yaşlı oğlan və 13 yaşlı qız da var.
Faciə yerinə çoxsaylı xilasedicilər cəlb olunub, itkin düşənlərin axtarışlarına başlanılıb.
Milli.Az