“Olimpiakos” - “Qarabağ”: Yunanlar “Qarabağ” azarkeşlərinə hücum etdilər

6 Oktyabr 2022 22:51

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçirilən "Olimpiakos" - "Qarabağ" oyunundan əvvəl insident yaşanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, meydan sahiblərinin azarkeşləri Azərbaycan təmsilçisinin tərəfdarlarına hücum edib.

Yunan azarkeşlər 20 "Qarabağ" azarkeşinə hücum çəkib.

Polis hadisəyə müdaxilə edib.

Klub rəhbərliyinin müdaxiləsindən sonra azərbaycanlı tərəfdarlar stadionun daha təhlükəsiz yerinə köçürülüb.

Milli.Az