İsveçrə şirkəti Azərbaycanın üç şəhərinin baş planını hazırlayır

6 Oktyabr 2022 17:38

İsveçrənin "sa_partners" şirkəti Azərbaycan hökuməti ilə birgə üç şəhərinin baş planının hazırlanması ilə məşğul olur.

Bunu Trend-ə şirkətin təsisçilərindən biri Tomas Kovari deyib.

"Hazırda biz Zəngilan, Kəlbəcər və Qubadlının baş planlarını hazırlayırıq. Bu, çox uzun prosesdir və müxtəlif nazirliklərin iştirakını nəzərdə tutur. Biz gələn il ərzində işimizin nəticələrini görməyə ümid edirik. Bu işlər nəticəsində keçmiş məcburi köçkünlərin geri qayıtması posesi sürətlənəcək", - deyə o bildirib.

Milli.Az