Nadir Qafarzadənin bacısının dəfnindən görüntülər - VİDEO

6 Oktyabr 2022 16:50

Müğənni Nadir Qafarzadənin vəfat edən bacısı Müqbilova Sərvinaz dəfn edilib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, ifaçının bacısı Xızıda dəfn edilib.

Sərvinaz xanımın dəfnindən görüntüləri jurnalist Yalçın Uğur paylaşıb.

Qeyd edək ki, Müqbilova Sərvinaz ötən gün vəfat edib.

Mərhum uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Onun 4 övladı var.

Milli.Az