Azərbaycanda telefonu əlindən alınan məktəbli özünü öldürdü

6 Oktyabr 2022 15:48

Azərbaycanda daha bir məktəbli intihar edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qeydə alınıb. 11-ci sinif şagirdi Sadiqov Elməddin Zahir oğlu yaşadığı evin həyətindəki ağacdan özünü asıb.

İntiharın dəqiq səbəbləri hələlik məlum deyil. 

İddialara görə, məktəbli ailəsinin ona mobil telefondan istifadə etməsinə qadağa qoyduğu üçün bu addımı atıb.

Belə ki, E.Sadidov intihar etməzdən əvvəl anası onun mobil telefonunu əlindən alıbmış.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az