Ədəbiyyat üzrə Nobel mükafatının qalibi məlum oldu

6 Oktyabr 2022 15:16

İsveçin paytaxtı Stokholm şəhərində Ədəbiyyat üzrə 2022-ci il Nobel mükafatı qalibinin adı açıqlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, qalibin elan olunma mərasimi İsveç Kral Elmlər Akademiyasında keçirilib.

Ədəbiyyat üzrə 2022-ci il Nobel mükafatının qalibi fransız yazıçı Annie Ernaux olub.

Qeyd edək ki, mükafatın ötənilki qalibi əslən Tanzaniyadan olan Britaniya yazıçısı Əbdülrəzaq Qurna olub.

Milli.Az