Niyazi Bayramovdan yüksək vəzifəyə yeni TƏYİNAT

6 Oktyabr 2022 12:27

Gəncə Şəhər İcra Hakimiyyətində növbəti kadr təyinatı baş tutub.

Milli.Az Manset.az-a istinadən bildirir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq əmri ilə Nicat Ağayev Gəncə Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi təyin edilib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun köməkçisi Fərid Məmmədov öz istəyi ilə vəzifəsindən azad olunmuşdu.

Milli.Az