Bakıda şagirdlər məktəbdə pomidor-yumurta bişiriblər.
Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, 48 nömrəli tam orta məktəbdə qeydə alınıb.
Belə ki, 10-cu sinif şagirdləri müəllimləri dərsə gəlmədiyi və onu əvəz edən başqa bir müəllim olmadığı üçün vaxtlarını yemək bişirərək keçirməyə çalışıblar. Onlar sinif otağına elektrik plitəsi gətirərək pomidor-yumurta bişirdikləri anları lentə alıblar.
Qeyd edək ki, məlumatı ilk olaraq yenisabah.az saytı yayıb.
Milli.Az