Bakıda piyadanı 2 maşın vurdu, biri də üstündən keçdi - VİDEO

6 Oktyabr 2022 18:18

Bakıda yolu keçən piyadanı avtomobillər vurub.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, hadisə ötən gecə paytaxtın Nizami rayonu, Mikayıl Əliyev küçəsində baş verib.

Avtomobil təmiri sexində çalışan şəxs yoldan keçmək istəyərkən onu əvvəlcə əks yoldan gələn "Hyundai" markalı avtomobil vurub. Piyada zərbənin təsirindən Orxan Əliyevin idarə etdiyi "Toyota"ya çırpılıb. Zərbədən piyada yerə yıxılıb və bu zaman eyni istiqamətdə hərəkətdə olan başqa maşın piyadanın üzərindən keçib.

Zərbələrin təsirindən tanınmaz hala düşən piyadanın kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb edilib. Piyadanın meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin şöbəsinə aparılıb. Araşdırmalarla müəyyən edilib ki, piyada Xaçmaz rayon sakini Oqtay Rüstəmovdur.

Hazırda piyadanı birinci vuran avtomobilin axtarışı aparılır. Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az