Bu məhsul da bahalaşıb - VİDEO

6 Oktyabr 2022 19:06

Duru yağların qiymətində kəskin bahalaşma var.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, satıcı Anar Əliyev deyib ki, qiymət artımı əvvəllər daha az hiss olunurdu və qiymət fərqi 6 aydan bir yaranırdı. Son iki ayda isə qiymətlərdə 2, hətta 3 dəfə artım müşahidə olunur. Bu da alıcı sayına təsir edir.

Satıcılar deyirlər ki, həftədə bir dəfə mağazaya duru yağ məhsulu qəbul olunur və  hər dəfə də qiymət 1 manata yaxın qalxır.

Satıcılar və alıcılar kəskin qiymət artımlarını Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az