Fransa Azərbaycanın 17 erməni hərbçini təhvil verməsini alqışlayır

6 Oktyabr 2022 11:54

Fransa Azərbaycanın 17 erməni hərbçini təhvil verməsini alqışlayır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Fransa səfiri Zakar Qross bildirib.

O qeyd edib ki, Azərbaycanın 17 erməni hərbçini təhvil verməsi bu gün Praqada keçiriləcək mühüm görüşlər ərəfəsində etimadın qurulmasına töhfə verəcək.

Diplomat vurğulayıb ki, bu, alqışlanacaq humanitar bir jestdir.

Milli.Az