4 yaşlı qızı avtomobil vuraraq öldürüb

6 Oktyabr 2022 09:53

Balakəndə 4 yaşlı qızı avtomobil vuraraq öldürüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Hənifə kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü İlkin Məmmədovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olan zaman 2018-ci il təvəllüdlü Mirvari Allahverdiyevanı vurub. Azyaşlı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az