İbrahim Tatlısəsin konsertində maraqlı anlar: İfasını yarımçıq dayandırdı - VİDEO

6 Oktyabr 2022 17:40

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin konsertində maraqlı anlar yaşanıb.

Belə ki, müğənni növbəti mahnısını ifa edərkən onun pərəstişkarlarından biri səhnəyə çıxmaq istəyib. Lakin onun bu cəhdi uğursuz olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Tatlısəsin mühafizəçiləri naməlum şəxsin dərhal səhnə önündən kənarlaşdırıblar.

Hadisə nəticəsində müğənni ifasını yarımçıq dayandırmalı olub.

Görüntülər sosial şəbəkələrdə yayılıb.

Milli.Az