Alek Bolduin mərhum operatorun ailəsi ilə razılığa gəldi

6 Oktyabr 2022 20:50

Amerikalı aktyor Alek Bolduin "Rust" ("Pas") filminin çəkiliş meydançasında həlak olan ukrayna əsilli operator Qalina Hatçinsin ailəsi ilə razılığa gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü aktyorun vəkili bəyanat yayıb.

O, bildirib ki, razılaşmanın bir hissəsi olaraq, işə xitam veriləcək.

Xatırladaq ki, 2021-ci ilin oktyabrın 21-də Bolduin "Pas" filminin çəkiliş meydançasında epizodu məşq edərkən həqiqi güllə ilə dolu tapançadan atəş açıb. Nəticədə Ukrayna əsilli operator Qalina Hatçins ölüb, rejissor Coel Souza isə ağır yaralanıb.

Milli.Az