5 milyona villa aldılar

6 Oktyabr 2022 20:02

Türkiyənin məşhur cütlüyü, aktrisa Hazal Kayayla aktyor Ali Atay yeni ev alıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə Balatdan bina evi alan cütlük Ayvalık bölgəsindəki yeni villasına 5 milyon lirə (təxminən 457 min 500 manat) ödəyib.

Qeyd edək ki, Hazal Kaya ikinci övladına 5 aylıq hamilədir.

Milli.Az