Qonşular arasında dava - Bıçaqlanan var

6 Oktyabr 2022 09:00

Gəncə sakini qonşusu tərəfindən bıçaqlanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində baş verib.

Orada yaşayan 1979-cu il təvəllüdlü Anar Hüseynov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb.

Məlumata görə, A.Hüseynov mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az