Nigeriyada daşqınlar: azı 75 nəfər ölüb

6 Oktyabr 2022 08:18

Nigeriyanın şimalındakı Yobe əyalətində may ayından indiyədək güclü yağışların yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 75 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, əyalətin fövqəladə hallar xidmətinin rəhbəri Məhəmməd Qoye bildirib ki, 31 mindən çox ev daşqınlardan zərər çəkib.

Nigeriyada yağıntılı mövsüm mayın sonunda başlayır və sentyabrda bitir.

Milli.Az