Bələdiyyə binasına hücum: mer və 7 nəfər güllələndi

6 Oktyabr 2022 08:43

Meksikanın cənub-qərbindəki Gerrero ştatında kiçik San Migel Totolapan şəhərinin inzibati binasına hücum olub.

APA "El-Universal" qəzetinəistinadən xəbər verir ki, mer Konrado Mendoza Almeda, atası və bir neçə polis də daxil olmaqla azı 7 nəfər həlak olub.

Bölgə rəsmiləri hələlik ölənlərin sayı barədə dəqiq məlumat verməyib.

İlkin məlumatlara görə, hücumu "Tequileros" mütəşəkkil cinayətkar qruplaşmasının üzvləri təşkil edib.

"Causa en Comun" qeyri-hökumət təşkilatının məlumatına görə, 2018-ci ilin dekabrından 2022-ci ilin aprelinə qədər Gerreroda 100-dən çox polis öldürülüb.

Milli.Az