Borrel Azərbaycanın təklifini dəstəkləyib

5 Oktyabr 2022 23:30

Brüssel bu ayın sonuna qədər "sərhəd komissiyası"nın iclasını keçirmək istiqamətində çalışır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

"Biz diplomatik səylərimizi əsirgəmirik. Əlimizdə olan resursları səfərbər edirik", - deyə J.Borrel qeyd edib.

Xatırladaq ki, Azərbaycan Ermənistana dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın üçüncü iclasını əvvəlcədən planlaşdırıldığı kimi noyabrda deyil, oktyabrda keçirməyi təklif edib. Görüşün Brüsseldə keçirilməsi planlaşdırılır.

Milli.Az