Nazir mina qurbanlarından yazdı

5 Oktyabr 2022 19:10

Ermənistan tərəfindən minaların kortəbii istifadəsi və minaların basdırılmasına hələ də davam edilməsi yaralanmalara və iztirablara səbəb olur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov "Twitter"də qeyd edib.

"Ötən 30 il ərzində mina qurbanlarının sayı 38-i qadın, 357-si uşaq olmaqla 3 336-ya çatıb. Bunların 257-si 2020-ci il müharibəsindən sonrakı qurbanlardır", - nazir bildirib.

Milli.Az