Jalə Həsənlinin yeni iş yeri bəlli oldu

5 Oktyabr 2022 16:08

Tanınmış aparıcı Jalə Həsənlinin yeni iş yeri bəlli olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, "İdrak" liseyinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri təyin olunub.

Qeyd edək ki, J. Həsənli uzun illər ATV və İTV telekanallarında çalışıb. Aparıcı bu ilin avqustunda İTV-dəki işindən ayrıldığını açıqlayıb.

Milli.Az