Əsirlikdən sonrakı baxışlar - FOTO

5 Oktyabr 2022 13:12

Ukraynanın Mariupol şəhərində igidlik və cəsarət simvoluna çevrilərək tam mühasirəyə alınmalarına rəğmən, "Azovstal" zavodunda son gülləyədək müqavimət göstərən, amma silahları, suları və ərzaqları tükənəndən sonra Rusiya qoşunlarına təslim olmuş "Azov" döyüşçüləri yenidən gündəmdədir.

Daha doğrusu, "Azov"un mətbuat katibi, "Orest" kimi tanınan Dmitri Kozatski.

Milli.Az bidirir ki, "Azovstal"ın müdafiəsi dönəmində "Azov" döyüşçülərinin fotolarını çəkərək məşhurlaşan D. Kozatski əsirlikdən sonrakı vəziyyətini də fotosənədə çevirib.

Onun bu fotoları Polşada keçirilmiş "Grand Press Photo 2022" fotomüsabiqəsində xüsusi mükafata layiq görülüb.

Fotolarda Dmitri Rusiya əsirliyində həddən ziyadə arıqlamış görünsə də, onun baxışları rəhadətli və qətiyyətlidir.

Milli.Az