Toylar başladı: Qızıl bazarında canlanma var - VİDEO

5 Oktyabr 2022 20:44

Məhərrəmlik ayının bitməsi və toyların başlanması  Azərbaycanda qızıl bazarına təsirsiz ötüşməyib. Satıcılar deyirlər ki, ötən dövrlərlə müqayisədə qiymətlər aşağı düşüb. Alıcılar isə bazardakı vəziyyətdən razıdılar.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, satıcılar ucuzlaşmanı dünya bazarında qızılın qiymətinin enməsi ilə izah edirlər.

Satıcılar, həmçinin bildirirlər ki, əvvəl satdıqları modelləri indi daha aşağı qiymətə təklif edirlər.

Qeyd edək ki,qiymətlərin enməsi alıcıların sayına da təsir göstərib. Belə ki, son vaxtlar ticarət mərkəzlərinin qızıl bölmələrində canlanma müşahidə olunur.

Milli.Az