Goranboyda avtomobil aşıb, ölən var

5 Oktyabr 2022 10:58

Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az bildirir ki, hadisə rayonun İrəvanlı kəndində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı bir nəfərin öldüyü bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Milli.Az