“Ölüm xəbərimi yayanlar paxıl insanlardır”

5 Oktyabr 2022 19:32

Müğənni Qədir Qızılsəsin ölümü ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat yanlışdır.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə ifaçının özü açıqlama verib:

"Bayaqdan telefonum dayanmır. Şükür, yaxşıyam. Bilmirəm məndən nə istəyirlər, əl çəkmirlər. Hər şey yaxşıdır, sadəcə olaraq paxıl insanlardır o xəbəri yayanlar. Çox ayıbdır. Zəng üçün təşəkkür edirəm, narahat olmayın, hər şey qaydasındadır".

Qızılsəs efirlərdə az-az görünməsinin səbəbininin isə şəhidlərimizlə əlaqəli olduğunu qeyd edib.

Milli.Az