Baydendən DOLLAR QADAĞASI

5 Oktyabr 2022 08:25

ABŞ prezidenti Co Bayden Rusiya və Belarusa Xüsusi Borcalma Hüququ əsasında dollar satmağı qadağan edib.

Milli.Az APA-ya istinadən bildirir ki, qərarın icrası Maliyyə Nazirliyinə həvalə edilib.

Sənəd Rusiyanın Ukraynaya hücumu başa çatdıqdan 30 gün və ya 5 il sonra Konqresin qərarı ilə qüvvədən düşə bilər.

Qeyd edək ki, Rusiyaya dollar satmamaq təklifi mart ayında, Ukrayna münaqişəsi başlayandan təxminən 10 gün sonra edilib.

Milli.Az