“Bununla neçənci dəfədir, ölüm xəbərim yayılır” - Qədir Qızılsəs

5 Oktyabr 2022 08:02

Müğənni Qədir Qızılsəsin dünyasını dəyişməsi ilə bağlı şayiələr yayılıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, aparıcı-prodüser Tarix Əliyev (Tolik) ifaçı ilə əlaqə saxlayaraq məlumatların əsassız olduğunu aydınlaşdırıb. 

Qədir Qızılsəsin sözlərinə görə, bununla artıq neçənci dəfədir ki, ölüm xəbəri yayılır: 

"Bunun adı ancaq paxıllıq ola bilər. Şəhidlərimizə, Məhərrəm ayına görə efirlərə çıxmırdım. Hər şey yaxşıdır".

Milli.Az