Xersonun 8 yaşayış məntəqəsi azad edilib

5 Oktyabr 2022 07:28

Xerson vilayətinin 8 yaşayış məntəqəsi Ukrayna ordusunuin nəzarəti altına keçib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Cənub ordu komandanlığı məlumat yayıb.

Bildirilib ki, Ukrayna ordusu Xersonun Berislav rayonunun 8 kəndində möhkəmlənib və azad edilmiş ərazilərdə Ukrayna bayrağı qaldırılıb.

Milli.Az