İranda baş verən zəlzələ Naxçıvanda hiss olunub

5 Oktyabr 2022 07:14

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 04:21-də Naxçıvan stansıyasından 80 km cənub-qərbdə Iran ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Milli.Az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Yeraltı təkanların ocağı 3 kilometr dərinlikdə yerləşib. Zəlzələ Naxçıvan MR-da 3-5 bala qədər hiss olunub.

Milli.Az