Fənn olimpiadaları ilə bağlı üç nəfərə “Əməkdar müəllim” fəxri adı verilib

4 Oktyabr 2022 14:48

Prezident İlham Əliyev Fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən aşağıdakı təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adı verilib:

Kərimov Nazim Baxış oğlu

Qarayev Fuad Abdurahman oğlu

Quliyev Rafiq Meyxoş oğlu.

Milli.Az