"Müharibə veteranı" adı verilən şəxslərin sayı açıqlandı

4 Oktyabr 2022 12:18

Bu günə qədər 90 minə qədər şəxsə "Müharibə veteranı" adı verilib və onlara aylıq 80 manat Prezident təqaüdü ödənilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib.

Onun sözlərinə görə, bu günə qədər 12 800 şəhid ailəsinə ev verilib. M.Əsgər əlavə edib ki, Vətən müharibəsi başa çatandan sonra 3800-ə yaxın belə fərdi evlər və mənzillər verilib.

"Bu ilin proqramına uyğun olaraq 800 mənzil verilib və ilin sonuna qədər bu rəqəmin 1500-ə çatdırılması gözlənilir", - deyə o əlavə edib.

Milli.Az