AMEA-da işçilərin sayı azaldıldı

4 Oktyabr 2022 10:58

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni strukturla işçilərin say həddi azaldılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli deyib. O bildirib ki, qurumun ümumi işçi sayı əvvəlki əməkdaş sayının üçdə biri qədərdir.

"Bu balans həmçinin rəyasət heyətinin say tərkibində də eynidir. AMEA Respublikada elmi fəaliyyəti əlaqələndirən və ölkədəki digər elmi qurumların elmi- tədqiqat nəticələrini ümumiləşdirən və buna müvafiq qərarlar çıxaran orqandır",- İ.Həbibbəyli deyib.

Azərbaycan Milli Elmlər Akademiyasında strukturun təsdiq edilməsindən və say həddinin müəyyən olunmasından irəli gələn vəzifələr həyata keçirilir.

O bildirib ki, yeni nizamnamənin təsdiq edilməsi üçün ümumi yığıncağın keçirilməsi ilə bağlı hələlik qərar yoxdur.

Milli.Az