Samir Bayramlı Rəhimin həkimini qınadı - VİDEO

4 Oktyabr 2022 12:52

Aparıcı Samir Bayramlı yeni açıqlaması ilə diqqət çəkib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, o, aparıcısı olduğu verilişdə mərhum müğənni Rəhim Rəhimlinin həkiminin onunla bağlı verdiyi açıqlamaları tənqid edib. Bayramlı belə bir şeyin gizli qalmalı olduğunu bildirib:

"Rəhim Rəhimli haqqında insanlara yalnış məlumat çatdırıldı. Bunlardan biri də Rəhimin həkiminin yazdıqları idi. Düzdür, araşdırdım, çox yaxşı və peşəkar həkimdir. Amma yazdığı məlumatlar doğru deyildi. Rəhimin həkimi qeyri peşəkar, həkimlik etikasından uzaq hərəkət etdi".

Xatırladaq ki, bir müddət əvvəl "Baku Medikal Plaza" tibb mərkəzinin şöbə müdiri, kardioloq Üzeyir Rəhimov mərhum sənətçinin pulu olmadığından müalicəsini davam etdirə bilmədiyini vurğulamışdı.

Milli.Az