Ermənistan rəhbərliyi korrupsiya hallarının gizlədilməsinə çalışır

12 May 2010 11:56
Milli.Az "Çorrord İnkişxanutyun"a istinadən xəbər verir ki, o, bəzi dövlət strukturlarının korrupsiya hallarını açıqlamaqla "ölkəni biabır etdiyini" düşünür. "Mən prezident Serj Sarkisyanı Nəzarət Palatası, Prezidentin Nəzarət Xidməti və Baş Prokurorluq rəhbərliyinə irad bildirilməsinin vacibliyinə inandırmalıyam. Bu qurumlar korrupsiya hallarının olmasına dair faktları açıqlamaqla dünyada belə qənaət yaradırlar ki, sanki korrupsiyalaşmış məmurlar yalnız Ermənistanda var", - deyə Baqdasaryan bildirib.

Milli.Az