Gəncə şəhərində yol-nəqliyyat hadisəsi olub.
Milli.Az "Report"a istinadən bildirir ki, hərəkətdə olan minik avtomobilinin idarəetmədən çıxaraq maneə çırpılması nəticəsində nəqliyyat vasitəsində olan 1959-cu il təvəllüdlü G.Muxiddinova və 1957-ci il təvəllüdlü Ə.Osmanov xəsarət alıb.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az