Yaşayan Nostradamusdan şok xəbərdarlıq

4 Oktyabr 2022 07:59

Rusiya-Ukrayna müharibəsi davam etdiyi müddətdə nüvə təhlükəsi də aktualdır. Dünya fəlakətin astanasında ikən müasir dövrün Nostradamusu adlandırılan braziliyalı 36 yaşlı Ethos Salomedən daha bir qorxuducu proqnoz gəlib.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, dünyanı xilas etmək üçün Tanrıdan gələn vergi ilə seçildiyini iddia edən Ethos Salome bu günə qədər COVİD-19, Kraliça II.Elizabetin ölümü və Elon Maskın Tvitteri alması kimi hadisələrin proqnozlarını vermişdi.

Minas Gerais əyalətinin Divinopolis şəhərində yaşayan Salome III Dünya müharibəsinin başlamasına az qaldığını bildirib.

Salome belə açıqlama verib:

"Üçüncü Dünya müharibəsi COVİD-19-un dünyada pandemiyaya çevrilməsi ilə başladı. Bu, Rusiyanın Ukraynaya təcavüzü ilə davam etdi və texnologiyanın böyük inkişafı ilə reallığa çevrildi".

2012-ci ildə 2020-ci ildə başlayacaq COVİD-19 pandemiyasını və 44 gün əvvəl Rusiyanın Ukraynanı işğal edəcəyini proqnozlaşdırdığını iddia edən Ethos Salome insan gücünün robotlarla əvəzlənəcəyi ilə bağlı proqnozunun İlon Maskın insanabənzər robotu Optimus ilə gerçəkləşəcəyini düşünür.

Milli.Az